MƏKTƏBİM.

A doğma məktəbim, doğma məktəbim,
Qəmlənsən qəlbimdən oyularam mən.
Səninlə bağlıdır ilhamım,təbim,
Sən olsan saylara sayılaram mən.
*
Sən verən bilgilər tutub əlimdən,
Sənə bağlanmışam mən təməlimdən,
Razı qalmısanmı de,əməlimdən,
Yox desən burdaca bayılaram mən.
*
Müəllim eylədin,dərs verdin mənə,
Ən çətin anımda səs verdin mənə,
Pak sevgi öyrətdin,hiss verdin mənə,
Bu hisslə mərd kimi duyuluram mən.
*
Budur dən tökülür,ağarır başım,
Yadıma düşəndə az qalır çaşım,
Görən bir gün gəlsə təqaüd yaşım,
Səninlə nə sayaq ayrılaram mən?

Nazlı Hacılı.
www.kafiye.net