YADINA DÜŞÜRƏMMİ.

Söyle gülüm tək qalanda,
Qəlbinə kədər dolanda,
Keçmişi yada salanda,
Mən yadına düşürəmmi.?
*
Qüssə səni üzən zaman,
Tənhalıqdan bezən zaman,
Yalqız,bədbin gəzən zaman,
Mən yadına düşürəmmi?
*
Başın keyfə qarışanda,
Eşq eşq ilə yarışanda,
Dostlar məni soruşanda,
Mən yadına düşürəmmi?
*
Güllər qönçə bağlayanda,
Dərd qəlbini dağlayanda,
Hönkür-hönkür ağlayanda,
Mən yadına düşürəmmi?
*
Hicran nədən bizi seçdi,
Vüsal gəlib saymaz keçdi,
Fərz edək ki,Nazlı heçdi,
Mən yadına düşürəmmi?

Nazlı Hacılı
www.kafiye.net