DÜÇAR ET ALLAH…

Qoyma əzab çəkim,əziyyət çəkim,
Möhtacam bir şirin kəlama Allah.
Bəla sayılırsa məhəbbət ,təki,
Düçar et məni bu bəlama Allah.

Sevginin geydiyi dona dona sözüm yox,
Şah quşu çiynimə qona sözüm yox,
Nəyimə toxunsan ona sözüm yox,
Sevgi hisslərimi talama Allah..

Coşdur,dalğalanana dənizə döndər,
Qaraltma,ağ olan bənizə döndər,
Mərdin qapısında kənizə döndər,
Namərd ünvanına calama Allah..

Qoyduğun qaydayla yolu getməsəm,
Öldür,lütf eyləyib dada yetməsəm,
Əgər dərgahına şükür etməsəm,
Xitam ver dünyada qalmama Allah..

Nazlı Hacılı
www.kafiye.net