APARIM..

Sənsən gözümdəki,qəlbimdəki sən,
Dolansın belinə qolum aparım.
Adicə bağlama deyilsen ki,sən,
Sğyləyim ,düşəndə yolum aparım.
*
Səndən çox sevdiyim yoxdur heç kəsim,
Sənin məhəbbətin bəsimdir,bəsim,
İstersən qarşında qoç qurban kəsim,
İstərsən qurbanın olum aparım.
*
Qəlbimdə sevgiyə məkan vardısa,
Səni o məkana çəkən vardısa,
Yolunun üstündə tikan vardısa,
İzin ver tikanı yolum aparım.
*
Qədrini bilməsək ali dostluğun,
Sakini olarıq adi boşluğun,
Keçərli deyilsə rolu xoşluğun,
Döyüşüm,vuruşum,çalım aparım.
*
Mən eşq bağbanıyam,eşqim bağdısa,
Qoymayaq dərd tapsın sevgi sağdısa,
Ay canım,aparmaq aparmaqdısa,
Qoy mən də qəlbinə dolum aparım.
*
Leyli niyə sevib,sevmək ardısa,
Niyə dağ vurmayaq sara,sardısa,
Mənim öz sevgimə şübhən vardısa,
Gəl səni Nazlıya alım aparım..

Nazlı Hacıli
www.kafiye.net