Kategoriler

Arşivler

Tamara Rustamova Tənha Bulud Kategoriler

Tarih 31 Mar 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

HAKİMLƏRİN hAKİMİNƏ

Dərdlərimi tək-təl yazıb vərəqə,
Hakimlərin Hakiminə göndərdim.
Dərya dilə gəldi, qopdu qasırğa
Küləklərlə göyə sovruldu dərdim.
Hakimlərin Hakiminə göndərdim.

Tarih 29 Mar 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Türkəm……..

Tanrı dağdan gələn ünəm, harayam,
Hunnam ,Bilgə Xaqanam ,Atillayam,
Səmayam ,Günəşəm ,ulduzam ayam.
Mavi göy altında hər yan evimdi,
Şərqdən Qərbə külli-cahan mənimdi.

Tarih 25 Mar 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Qiyamət izləyir məni

Dualarım karvan-karvan,
Dinləyir məni asiman…
Gətirmişəm Haqqa iman,
Açılır məna aləmi,
Göy üzü səsləyir məni.

Tarih 24 Mar 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

YARAŞIR

Yel olub yanımdan ötə bilərsən,
Qanqal tək yolumda bitə bilərsən.
Yaxşı ,bəs bülbültək ötə bilərsən?
Ay qarğa, sənə də ” qar-qarrr” yaraşır!

Tarih 23 Mar 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

ÖRPƏYİM

Nənəmin güllü yaylığı,
Saçaqlı -telli yaylığı,
Müqəddəs ismət mənbəyi—-
Azərbaycanlı örpəyi.

Tarih 23 Mar 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Aşkar Dəlillərlə

Aşkar dəlillərlə ,möcüzələrlə
Onu kainata göndərdi Allah
Vəhy edib Quranı ayəbə -ayə,
Köksünə nur kimi endirdi Allah

Tarih 21 Mar 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Ərşdən Uca

Ərşdən uca yerdə idim,
Günahım endirdi məni.
Bu dünyaya məhbus kimi
Yaradan göndərdi i məni.

Tarih 21 Mar 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Rəbbim, Sənə sığınıram

Gecəni örtüb bürüyən qaranlığın şərindən,
Paxıllığı tutan zaman bir paxılın şərindən,
Bəd nəzərlə baxanda bədxahın nəzərindən,
Düyünlərə üfürən qadınların şərindən

Tarih 21 Mar 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

GÖY QURŞAĞI

Qeyri-adi bir görüşdən yaranır,
Həm Günəşdən ,həm yağışdan yaranır,
Həm başlanğıc ,həm bitişdən yaranır,
Əsl möcüzədir bu göy qurşağı.

Tarih 21 Mar 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Ərşdən Uca

Ərşdən uca yerdə idim,
Günahım endirdi məni.
Bu dünyaya məhbus kimi
Yaradan göndərdi i məni.