GÖY QURŞAĞI

Qeyri-adi bir görüşdən yaranır,
Həm Günəşdən ,həm yağışdan yaranır,
Həm başlanğıc ,həm bitişdən yaranır,
Əsl möcüzədir bu göy qurşağı.

Sonuncu damlalar yağanda yerə,
Günəş üfüqlərə açır pəncərə.
Damlalar bürünür al şəfəqlərə,
Yeddi cür rəng verir bu qöy qurşağı.

O taydan bu taya körpü atanda,
Göyün qapıları açılar onda,
Verilər diləklər Tanrı qatında,
Hacət mələyidir bu qöy qurşağı.

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net