YARAŞIR

Yel olub yanımdan ötə bilərsən,
Qanqal tək yolumda bitə bilərsən.
Yaxşı ,bəs bülbültək ötə bilərsən?
Ay qarğa, sənə də ” qar-qarrr” yaraşır!

Sarmaşıq ağaca sarmaşıb qalxar,
Mamırda kök olmaz, daşlara hopar,
Zirvəli dağlarda qərar tutar qar,
Əzəldən dağlara vüqar yaraşır.

Sirkə tünd oarsa ,öz qabı çartlar,
Əqrəb hikkəsindən özünü sancar.
Ağacı qurd yeyib içindən ovar,
Qızıl xəzinəyə şahmar yaraşır.

Barlı ağaclara, duru göllərə
Daş atıb gizlənmə sən hədər yerə.
Buludam, yağaram təşnə çöllərə,
Canlanan torpağa gülzar yaraşır

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net