Rəbbim, Sənə sığınıram

(Qurani-kərimə istinadən)

Gecəni örtüb bürüyən qaranlığın şərindən,
Paxıllığı tutan zaman bir paxılın şərindən,
Bəd nəzərlə baxanda bədxahın nəzərindən,
Düyünlərə üfürən qadınların şərindən


Rəbbim, Sənə sığınıram,
Rəbbim,Sənə sığınıram.


Qurani-Kərin oxudum ,vaqif oldum dərindən,
Siratəl-Müstəqim tutdu bu yolda əllərimdən.
Oxudum,öyüd aldım Onun ayələrindən
Bəşərə düşmən olan o Şeytanın şərindən

Rəbbim, Sənə sığınıram,
Rəbbim, Sənə sığınıram.


Haqqa tutdun üzümü imanı kamil edən
Qəlbi nura boyayan o ilahi sevgidən
Doymadım səhər-axşam öydüm onu ürəkdən
Bər-bəzəkli dünyada nəfsə boyun əyməkdən


Rəbbim, Sənə sığınıram,
Rəbbim, Sənə sığınıram.


O bir Qiyamət günüdür ürəkləri titrədən!
O bir Surun səslənişi qulaqları kar edən!
O bir hesab günüdür ki ölüləri dirildən!
O Qiyamət saatında qaralacaq bir üzdən


Rəbbim, Sənə sığınıram ,
Rəbbim, Sənə sığınıram.
Rəbbim, Sənə sığınıram.


Tamara Rustamova Tenha Bulud

www.kafiye.net