Ərşdən Uca

Ərşdən uca yerdə idim,
Günahım endirdi məni.
Bu dünyaya məhbus kimi
Yaradan göndərdi i məni.

Duruldum Haqq qayəsində,
Nura döndüm ayəsində.
Xilqətimin mayasında 
Torpağa döndərdü məni.

Gah çıxmışam günəş kimi,
Aləm içib nur eşqimi.
Gah da sönən atəş kimi
Külümdə çimdirdi məni.

Bəxtin yolu duman kimi,
Dünya mənə zindan kimi,
Yel tək uçan zaman kimi
Köhlənə mindirdi məni.

Əsdi təqva küləkləri,
Gəldi ilham mələkləri,
Sınıq-küskün ürəkləri
Əşarım dindirdi mənim.

Ruhum da cövlan eylədi,
Aləmdə seyran eylədi,
Haqqa diləyin söylədi,
Nura büründürdü məni.

Çağrıldım Haqq duvanına,
Yəqinim var imanıma.
Öz Cənnəti-Rizvanına
Alıb, sevindirdi məni.

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net