Kategoriler

Arşivler

Tamara Rustamova Tənha Bulud Kategoriler

Tarih 27 Ağu 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Gəldim

İçimdəki səssiz təlatümləri
Toplayıb gözümün yaşına gəldim.
Tutub cilovundan günah yelinin
Daş basıb bağrımın başına gəldim.
Köksüm fırtınalar yatağı kimi

Tarih 19 Ağu 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

YATIR ÜRƏYİMİN ALOVU

Büzüşüb könlümün uzaq küncündə
Yatır ürəyimin alovu, yatır.
Bürüyüb inadkar bir sükut məni,
Batır ,bu sükütdan qulağım batır.
Yatır, ürəyimin alovu yatır.

Tarih 19 Ağu 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

YAŞAMAQ HÜNƏRDİR

Yaşamaq hünərdir bu zəmanədə,
Bir göz qırpimında ölməyə nə var.
Göz yaşı ürəyə damır, göllənir,
Gözümdən süzülsə ,silməyə nə var?
Yaşamaq hünərdir, ölməyə nə var!

Tarih 18 Ağu 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Ömrümüzü Xərcləyirik

Ömrümüzü xərcləyirik
Bu qaça-qaç ,bu qova-qov bazarında
.Yada düşmür insaniyyət.
Biri sərvət azarında,

Tarih 15 Tem 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

ZƏHRA DEYİR Kİ….

Müsibətdən, bəladan
Dərddən yazmayın daha!
Alınan obalardan,
Kənddən yazmayın daha!

Tarih 27 Haz 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

BİR QAR DƏNƏCİYİ

Bir qar dənəciyi qondu əlimə,
Baxdım, parıltısı gözümə düşdü
Bənzəri var idi xoş təbəssümə,
Ürəyim bir işıq selinə düşdü.

Tarih 24 Haz 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Məndən küsəndə

Tər çiçəklər bağça-bağı bəzərlər,
Quşlar göy üzündə qoşa süzərlər,
Doğru sözmüş uman yerdən küsərlər.
Hər şeydən əl üzmə məndən küsəndə,

Tarih 22 Haz 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Daha dualar da bezib əlimdən

Yenə gözlərimdən kədər boylanır,
Dərdim naxış-naxış tale toxuyur.
Dualar havadan asılı qalır,
Məhzun surət alıb qəmli dilimdən,
Daha dualar da bezib əlimdən

Tarih 22 Haz 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Huseyn

“Nuri-eynim” dedi peyğəmbər ona,
Ərşdə nuri-subhandır Huseyn.
Taxdılar nizələrə pak Quranı,
Nizə başındakı Qurandır Hiseyn.

Tarih 22 Haz 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

EYNİ

Nədir bu doğmalıq ,bu ülfət nədir
Xəyallar , duyğular, baxışlar eyni.
Özüm də bilmirəm bu necə sirdir,
Qayğılar, enişlər-yoxuşlar eyni.