BİR QAR DƏNƏCİYİ

Bir qar dənəciyi qondu əlimə,
Baxdım, parıltısı gözümə düşdü
Bənzəri var idi xoş təbəssümə,
Ürəyim bir işıq selinə düşdü.

Bir qar dənəciyi qondu əlimə..
Nə bir soyuq duydum ,nə də ki dondum
Gözümün önündə parladı, yandı
Dəli bir həvəslə sanki uçundum.

Bəyaz parıltının xoş ülfətindən
Gözümdən qəlbimə nur axdı bu an,
Ayrılıb həyatın hər möhnətiondən,
Biq qar dənəsinə sığındım bir an.

Sonra yavaş-yavaş əridi, itdi
Bircə damcı suya döndü əlimdə.
Bir insan ümidi parladı ,söndü
Sandım elə bu an gözüm önündə.

Acı bir təəssüf doldu köksümə..
Nədir gördüklərim, nədir bu hikmət?
Özündə əks edir nə deyim bəlkə
İnsan taleyini ana təbiət?

Tamara Rustamova  Tənha Bulud
www.kafiye.net