Gəldim

İçimdəki səssiz təlatümləri
Toplayıb gözümün yaşına gəldim.
Tutub cilovundan günah yelinin
Daş basıb bağrımın başına gəldim.

 

Köksüm fırtınalar yatağı kimi
Yatmış  bir vulkanın ocağı kimi
İradəm arzuma bir yağı kimi
Beləcə özümün xoşuma gəldim.

 

Xəzan gülləritək solsam da yenə
Ömrə dərddən naxış salsam da yenə
İçimdə usaq tək qalsam da yenə
Ömrün müdrikləşən yaşına gəldim

 

Əsir-yesir oldum hicran əlində
Sözüm düyünlənib qaldı dilimdə
Qarış-qarış gəzib günah elində
Ya Rabbi mən sənin qarşına gəldim.

03.06.2017
Tamara Rustamova Tenha Bulud
www.kafiye.net