ZƏHRA DEYİR Kİ….

Müsibətdən, bəladan 
Dərddən yazmayın daha!
Alınan obalardan,
Kənddən yazmayın daha!
Kişilər ağladıqca ,
Kişilik əldən gedir…
Sərhədim kiçildikcə
Obadan -eldən gedir.
Əldən verib imanı,
Dindən yazmayın daha!

Körpəcə fidan idim,
Qoymadılar boy atam.
Nazlı bir çiçək olub,
Çəmənlərə naz satam.
Sizinləyəm ,ay millət
Babam, qardaşım ,atam!
Yetər artıq susduğun,
dərdlərini dəfn edub,
Ürəyinə qazdığın.
Silah götür əlinə,
Bir qılınc ol ,bir ox ol ,
Sancıl düşmən qəlbinə!
Bu neçənci Zəhradı?
Qalxın ,susmayın daha!
Məni güdaza verib,
Məndən yazmayın daha!
Məndən yazmayın daha!

06.07.2017/Tənha Bulud
www.kafiye.net