YAŞAMAQ HÜNƏRDİR

Yaşamaq hünərdir bu zəmanədə,
Bir göz qırpimında ölməyə nə var.
Göz yaşı ürəyə damır, göllənir,
Gözümdən süzülsə ,silməyə nə var?
Yaşamaq hünərdir, ölməyə nə var!

 

İmdad yox millətin çağrışlarına,
Tuş gəlir zalımın söz daşlarına.
Aldanıb timsahın göz yaşlarına,
Onun tələsinə düşür adamlar,
Yaşamaq hünərdir, ölməyə nə var!

 

Evləri sökülür ,iş əldən gedir
Xəstəlik, işsizlik xalqı xar edir
Cavan da, qoca da intihar edir,
Xalqa divan tutur haramzadalar,
Yaşamaq hünərdir ,ölməyə nə var!

 

Ümidin sükanı çıxıb əlimdən,
Dindirmə ,qan iyi gəlir dilimdən.
Üsyan tüstülənib çıxır külümdən.
Hələ cilovludur bu qasırğalar,
Yaşamaq hünərdir ,ölməyə nə var? !

 

Tənha Bulud Haqdan rəhmət dilənir,
Xalqa vüqar ,qürur ,qeyrət dilənir.
Zülmün qarşısında hiddət dilənir,
Ya Rəbbim bu xalqı nicata apar!
Yaşamaq hünərdir, ölməyə nə var?!

 
Tamara Rustamavo  Tənha Bulud
www.kafiye.net