Kategoriler

Arşivler

Tamara Rustamova Tənha Bulud Kategoriler

Tarih 10 Şub 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

KÖNLÜM

Sənə baş sağlığı verməyə gəldim,
Ay ölən sevgisin dəfn edən könlüm.
Qan olan bağrını görməyə gəldim,
Eşqini köksündə əridən könlüm.

Tarih 4 Şub 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Qəribəm dünyada

O gün ki dünyanın sakini oldum,
O gündən tənhayam bu dünyada mən.
Atasız-anasız bir yetim kimi 
Öyrəşə bilmirəm dosta-yada mən.

Tarih 4 Şub 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Dönsəm…

Sarılıb gecənin səssizliyinə
Bir axan ulduza qoşulub sönsəm,
Yaradıcı gücün qaynağndakı
Yurduma-yuvama-özümə dönsəm…

Tarih 30 Oca 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

SEVDİM

Şirin gülüşünə, şirin sözünə,
Mehriban üzünə ,qara gözünə,
Vallah vurulmadım sənin özünə,
Mən sənin o gözəl qəlbini sevdim.

Tarih 30 Oca 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Sevmək dedikləri

İstəməzsən dırnağına daş dəyə
Könül uçar vüsalına erməyə
Baxışından qəlbin əsər, titrəyər
Sevmək dedikləri bu olsun gərək.

Tarih 30 Oca 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Duygular

Vəfasız bir “dost”un gizli məramı
Ayın görünməyən üzü kimidir.
Könülsüz verilən Allah salamı
Sahildə qum üstə yazı kimidir .

Tarih 19 Oca 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Azadlıq Yanğısı

Biz tankların qarşısına əliyalın çıxanlarıq,
Odlu silah qabağında ətdən çəpər quranlarıq,
Biz o qanlı imperiyanı özülündən yıxanlarıq
Biz azadlıq yanğısıyla şəhid olan insanlarıq

Tarih 19 Oca 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Gəl oynama

Gəl oynama ürəyimin simiylə,
Burulğanda qərq olan bir gəmiylə,
Mən əzəldən sirdaş oldum qəm ilə,
Sevinc mənlə barışdı nə  küsdü nə?

Tarih 19 Oca 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

GİZLİ DÜŞMƏN

Haram çörək yeyib nankor olmusan,
Kinli-küdurətli ,məkrli düşmən.
Yamana dost , yaxşıya kor olmusan,
Səni tanıyıram , ay  gizli düşmən

Tarih 19 Oca 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Ayrılığın addım səsi olurmu?

Laqeydliyin soyuq baxışlarıyla
Ayrılığın addım səsi duiyilar.
Ürəkdə iz salan qırışlarıyla
Naxış-naxış bünövrəsi qoyular…
Ayrılığın addım səsi olurmu?