Duygular
 
 
Vəfasız bir “dost”un gizli məramı
Ayın görünməyən üzü kimidir.
Könülsüz verilən Allah salamı
Sahildə qum üstə yazı kimidir .
 
Gözümün yaşını ürəyim udar,
Nəm çəkər könlümün səması belə.
Axsa Yer üzünə,dünyanı tutar,
Qoymaram süzülə damlası belə.
 
İndi müəmmalı bu susqun halım
Tufandan öncəki səssizliyimdir.
Mənə xas olmayan bu durğun halım
Tənhalığım deyil,sənsizliyimdir.
 
 
Tamara Rustamova Tenha Bulud /17.01.2018
www.kafiye.net