KÖNLÜM

 
Sənə baş sağlığı verməyə gəldim,
Ay ölən sevgisin dəfn edən könlüm.
Qan olan bağrını görməyə gəldim,
Eşqini köksündə əridən könlüm.
 
Qalmısan aldanmış ümidlərinlə,
Ülfətsiz ,mehrsiz fikirlərinlə,
Sev qışı, şaxtanı ,bir az sərinlə,
Ömrünü odlara həsr edən könlüm.
 
Gizli alışırsan, için görünmür,
Külün altda közün neçin görünmür?
Payız qonaq gəlib ,köçün görünmür,
Soyuq ruzgarlara köç edən könlüm.
 
Tənha Bulud,Haqqa qayıt köçündən,
Vulkan kimi od püskürmə içindən.
Qaytar göz yaşımı özüm içim mən,
Göz yaşından köksü nəm edən könlüm.

Tamara Rustamova Tenha Bulud / 10.02.2018
www.kafiye.net