Dönsəm…

Sarılıb gecənin səssizliyinə
Bir axan ulduza qoşulub sönsəm,
Yaradıcı gücün qaynağndakı
Yurduma-yuvama-özümə dönsəm…

Bu fani dünyaya hər gəlişimdə
Doğmalar içində bir qərib oldum.
Əbədi aləmdən qopub düşəndə,
Bu fani aləmə qərib doğuldum.

Geyinib dünyanın sis-dumanını,
Görünən üzümlə yaşayıram mən.
7 çalar özlü haqq imanımı–
Özümü içimdə daşıyıram mən.

Zillənib gözlərim ərşin gözünə,
Qırılıb qanadım,uça bilmirəm.
Çırpır günahları Göylər üzümə,
Sıyrılıb,arınıb,qaça bilmirəm.

Sarılıb gecənin səssizliyinə
Bir axan ulduza qoşulub sönsəm,
Yaradıcı gücün qaynağndakı
Yurduma-yuvama-özümə dönsəm…

Tamara Rustamova Tenha Bulud / 04.02.2018
www.kafiye.net