Qəribəm dünyada

O gün ki dünyanın sakini oldum,
O gündən tənhayam bu dünyada mən.
Atasız-anasız bir yetim kimi 
Öyrəşə bilmirəm dosta-yada mən.

Göndərib bu fani dünyaya məni
Eşqiylə divanə oldüğum Məbud.
Salıb bir sağalmaz sevdaya məni
Vüsalına həsrət qaldığım Məbud.

Ağır sınaqlarla edir imtahan,
Bir gün yox edəcək intizarımı…
Bilirəm, pusquda dayanıb Şeytan,
Eşitmək istəyir ahu-zarımı.

Sən ey tək pənahım ,ey ulu Tanrı!
Bu namərd dünyadan gəl qopar məni…
Zalımlar əlində boğulur canım,
Rəhm et ,öz yanına çək apar məni.

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net