Kategoriler

Arşivler

Nahidə Tağıyeva Kategoriler

Tarih 23 Nis 2019 Kategori: Nahidə Tağıyeva

Mənim səndən

Mənim səndən başqa kimim var axı?
Ağlayanda çiyninə baş qoyası.
Sevincimi kədərimi bölməyə,
Darıxanda tez üstünə qaçası.

Tarih 23 Nis 2019 Kategori: Nahidə Tağıyeva

İndi elə

İndi elə qorxuram saatlar dayananda .
Əqrəblər bir- birini sürətlə qovmayanda.
Qorxuram sən bilirsən telefonun zəngindən,
Gecənin bir aləmi gələn zəngin səsindən.

Tarih 23 Nis 2019 Kategori: Nahidə Tağıyeva

Azərbaycan qadını

Dolanır şan şöhrətin elləri dildən dilə.
Qoru sən saflığını düşmə pis yaman dilə.
Allah əsirgəməyib səndən heç bir neməti.
Sən də qoru Allahın verdiyi əmanəti.

Tarih 15 Nis 2019 Kategori: Nahidə Tağıyeva

Gəlin danışmayaq

Gəlin danışmayaq hamımız susaq,
Deyək nəyimizə lazımdır axı.
Kimin mələyinə pozğun dedilər,
Qonşum çörək tapmır ac, susuz yatır.

Tarih 7 Nis 2019 Kategori: Nahidə Tağıyeva

Əcəllə Söhbət.

Bu nədir səhər səhər bürüyüb dörd yanımı.
Şaxta düşübmü yoxsa, dondurubdur qanımı.
Əllərim yaman əsir barmaqlarım titrəyir.
Deyəsən ölüm çatıb əcəl məni girləyir.

Tarih 7 Nis 2019 Kategori: Nahidə Tağıyeva

Qoxladınmı

Qoxladınmı de görüm yazda əsən küləyi
Toxundumu qəlbinə əsən küləyin yeli.
Qıcandımı dişlərin yenə biri birinə.
Külək gətirən qoxu dəydimi əsəbinə.

Tarih 7 Nis 2019 Kategori: Nahidə Tağıyeva

Gedib qışın soyuğu

Gedib qışın soyuğu indi ilıq yaz gəlib
Yenə əvvəlkilər tək çəmənlər də göyərib.
Kol dibində bənövşə yenə əyib boynunu.
Hələ də çözə bilmir qışla yazın oynunu.

Tarih 7 Nis 2019 Kategori: Nahidə Tağıyeva

Haqqmı Allah

Haqqmı Allah ,rəvadırmı de bilim?
Qadın olduğumçün hey sus dedilər.
Hələ körpə uşaq idim o zaman ,
Məni zorla bir qocaya verdilər.

Tarih 7 Nis 2019 Kategori: Nahidə Tağıyeva

Bu nə zəmanədir

Bu nə zəmanədir çatmışıq Allah 
Atanın üzünə oğul ağ olur.
Geyməmiş əyninə gəlinlik donu
Atanın evində qız ana olur.

Tarih 7 Nis 2019 Kategori: Nahidə Tağıyeva

Bağlamışam

Bağlamışam pəncərəni qapını.
Həsrət mənə gecə yaxın gəlməsin .
Oxşamasın yanağımda yaşımı.
Göz yaşımdan sevincəyə düşməsin