Bu nə zəmanədir

Bu nə zəmanədir çatmışıq Allah 
Atanın üzünə oğul ağ olur.
Geyməmiş əyninə gəlinlik donu
Atanın evində qız ana olur.

Bu nə zəmanədir çatmışıq Allah.
Papaq başda durmur xeyli zamandır.
Dəyərindən düşür indi namus da ,
İtirmə qeyrəti qoru amandır

Bu nə zəmanədir çatmışıq Allah 
İtib haqqı salam sayan da yoxdur.
Elə ucuzlaşıb indi haqq salam
Verilən salamı alan da yoxdur.

Bu nə zəmanədir çatmışıq Allah.
Bir tikə çörəy əl açanlar var.
Dəyərsiz əşya tək bilib özünü
Para qarşılığı satanlar da var

Bu nə zəmanədir çatmışıq Allah.
Kişi kişi kimi qazanc gətirmir.
Başı qarışıbdır eyş işrətə 
Ailəyə övlada nəzər yetirmir.

Bu nə zəmanədir çatmışıq Allah
Hamı şalvardadır dəbdir deyilir.
Saxta üzlərini gizlətmək üçün
Bir çox qadınlar da hicab geyinir.

Nahidə Tagiyeva Qurbanova 04.04.2019
www.kafiye.net