Bağlamışam

Bağlamışam pəncərəni qapını.
Həsrət mənə gecə yaxın gəlməsin .
Oxşamasın yanağımda yaşımı.
Göz yaşımdan sevincəyə düşməsin

Oxumasın mənə meydan bu gecə.
Qürrələnib danışmasın dinməsin.
Bağlamışam pəncərəni qapını
Bir yol tapıb evə girə bilməsin.

Eybi yoxdur qoy sükuta qərq olum.
Bir yol tapıb danışaram ruhlarla.
Bircə gecə mənə yaxın düşməsin,
Dost olaram soyuq daşla divarla.

Tez ötüşüb gecə dönə sabaha.
Ötə məndən bu gecənin qorxusu.
Üzəcəkdir yoxsa nisgil yenə qəm.
İtəcəkdir gözlərimin yuxusu.

Başlanacaq yenə sorğu suallar.
Bir sualın min cavabı olacaq.
Bilirəm ki yenə gözüm qapıda.
Ürəyimin üstdə əlim qalacaq .

Hər səs küydən üşənəcək bədənim.
Əllərimin titrəməsi artacaq .
Tərs düşəcək külək də bu aləmdə.
Mən bilirəm çöldə tufan qopacaq .

Məcbur olub qapıları açacam.
Bu qorxudan yenə həsrət yaxşıdır.
Eh nə deyim bu gecənin eşqinə
Bəlkə buda bir qadının naxışıdır

Nahidə Tagiyeva Qurbanova 06.04.2019
www.kafiye.net