Kategoriler

Arşivler

Çingiz Kürdəmirli Kategoriler

Tarih 26 Eki 2017 Kategori: Çingiz Kürdəmirli

Yanmağım üçün

Məni sorğu-sual etmək əbəsdir,
Əsas yox, eşqimi danmağım üçün,
Arifə kiçicik işarə bəsdir,
Heç nə lazım deyil qanmağım üçın.

Tarih 24 Eki 2017 Kategori: Çingiz Kürdəmirli

Başı küllü

Özüm də bilmədim, bu necə oldu,
Köç etdi qəlbimə, bir qara telli,
Ruhu qətrə-qətrə cismimə doldu,
Ürəkdə yerini eylədi bəlli.

Tarih 30 Eyl 2017 Kategori: Çingiz Kürdəmirli

Ağlaya-ağlaya.

Bu dövrana bir jest kimi,
Gəldim, ağlaya-ağlaya,
Qəmi, kədəri dost kimi,
Bildim, ağlaya-ağlaya.

Tarih 23 Eyl 2017 Kategori: Çingiz Kürdəmirli

Ürəyim

Alışa bilmirəm miskin həyata,
Necə deyim qanma, duyma, ürəyim,
Yan-yörəmi iblis, şeytan bürüyüb,
Fitnə-fəsadlara uyma ürəyim.

Tarih 9 Eyl 2017 Kategori: Çingiz Kürdəmirli

Geri təhvil al

Baş tutdu niyyətin…Dayan gendə di,
Çattdı sona aramızda qeylü-qal,
Sevincin də kədərin də məndədi,
Necə vermisənsə, geri təhvil al.

Tarih 27 Ağu 2017 Kategori: Çingiz Kürdəmirli

Hələ də Uşaq Kimiyəm

Hələ də…hələ də uşaq kimiyəm!
Dindirsən,gözümün yaşı axacaq.
Ay Allah,işə bax,budaqlarımda
Bir neçə yarpağım qalıbdı,ancaq!

Tarih 22 Tem 2017 Kategori: Çingiz Kürdəmirli

Düşmədi

Dostluqdan sildim özümü,
Sevgim bloka düşmədi,
Yoluna dikdim gözümü,
Əzrayıl da yetişmədi.

Tarih 24 Haz 2017 Kategori: Çingiz Kürdəmirli

Su tök közümə

Dəli sevda badalaq vurub, yıxıb,
Bir təbəssüm məni yandırıb-yaxıb,
Təsəlli tapıram şəklinə baxıb,
Məəttələm bu cəfaya dözümə…

Tarih 23 Haz 2017 Kategori: Çingiz Kürdəmirli

Üzülə bilər…

Inciməsin candan əziz, sevdiyim,
Şeir çox gözələ yazıla bilər,
Bir qələmdi, yoxdu başqa heç nəyim,
Sözlərim hər cürə yozula bilər…

Tarih 22 Haz 2017 Kategori: Çingiz Kürdəmirli

Sinənə

Həyat məktəb, sevənlər dərs alandı,
Oxuyam yenə də, – bir az sin* enə.
Dövran müəllimdi, yada salandı,
Qulaq as, deyirəm kəsəsinə nə…