Başı küllü.

(yada düşən xatirələr silsiləsindən)

Özüm də bilmədim, bu necə oldu,
Köç etdi qəlbimə, bir qara telli,
Ruhu qətrə-qətrə cismimə doldu,
Ürəkdə yerini eylədi bəlli.

Bircə dəfə yapışdım əllərindən,
Göl yarandı göz yaşının selindən,
Son sözünü zorla alıb dilindən,
Qapaz tək başıma çırpdım ikəlli…

Qıymadı söyləyə “sehirli söz”ü,
Ağlar hisslərimin kor oldu gözü,
Söndü ocağımın məhəbbət közü,
Təkcə şəkli qaldı mənə təsəlli….

Vurulmuşdum, həzin səsə, göz-qaşa,
Hər nazı, ədası gəlirdi xoşa,
Vicdanım ruhumu basanda daşa,
Bildim, daha yoxdu bu işin həlli…

Nə “yox” deyəmmədi, nə gəldi “hə”si,
Şirin sözlər oldu Çingizin “bəs”i.
Yuxuda da eşidirəm bu səsi:
Əl çək bu sevdadan, ay başı küllü…!

Çingiz Kürdəmirli.
www.kafiye.net