Su tök közümə

Dəli sevda badalaq vurub, yıxıb,
Bir təbəssüm məni yandırıb-yaxıb,
Təsəlli tapıram şəklinə baxıb,
Məəttələm bu cəfaya dözümə…

Xəyalım əlçatmaz bir vüsaldadır,
Mələkmisən, yoxsa gözüm aldadır,
Aşiqinə nəzər sal…Nə haldadır ?! 
Söndür alovumu, su tök közümə…

Əlac elə sinəmdəki dağıma,
Qoy qayıdım bir an gənclik çağıma,
Yanağını toxundur yanağıma,
Taleyim azacıq gülsün üzümə…

Çingizə biçilib dərd, ələm, qada,
Ömür keçdi, həyatı verdi bada,
Həqiqi sevənlər yetmir murada,
Məəttələm Xudadan bu çözümə…

24. 06. 2017. 
Çingiz Kürdəmirli
www.kafiye.net