Kategoriler

Arşivler

Nazli Hacili Kategoriler

Tarih 11 Kas 2017 Kategori: Nazli Hacili

QOPARAMMADIM..

Göz açıb tək səni gördüm əzəldən,
Səni ürəyimdən qoparammadım.
Ömrümü ömrünə hördüm əzəldən,
Səni ürəyimdən qoparammadım.

Tarih 11 Kas 2017 Kategori: Nazli Hacili

GƏL..

Həsrət məni həlak etdi bil artıq,
Bircə anlıq vüsalın çox şirin,gəl.
Hər nə qədər uzaq olsa yol artıq,
Addım-addım,qədəm-qədəm sürün ,gəl.

Tarih 20 Eki 2017 Kategori: Nazli Hacili

SORARSAN MENİ

Her bahar gelende yarpaqlar töker
Bir gün soraqlayıb,sorarsan meni.
Ayrılıq zamansız belini büker
Bir gün soraqlayıb,sorarsan meni…

Tarih 20 Eki 2017 Kategori: Nazli Hacili

İSTEMİREM

Min il ömür verse Allahım mene
Emanet saxlaram haqqı min il de
Nankorluq etmerem imana,dine
Eqlimi qoymaram çırpına gilde.

Tarih 23 Eyl 2017 Kategori: Nazli Hacili

SƏN YOXSAN

Bahar yerindədir,yaz yerindədir,
Ocaq yerindədir,köz yerindədir,
Bütün gördüklərin öz yerindədir,
Ama nə fayda ki,təkcə sən yoxsan

Tarih 27 Ağu 2017 Kategori: Nazli Hacili

UYMADI..

Necə fəth elədin mənim könlümü,
Könlüm səndən özgə kəsə uymadı.
İstədi aldatsın qənim könlümü,
Sözləri çəp gəldi,nəsə uymadı.

Tarih 27 Ağu 2017 Kategori: Nazli Hacili

KEÇDİ İLLƏRIMIZ

Bir araya gəlmədik qovuşmaq xəyal oldu
Acı çəkdik hər zaman qəlbimizə qor doldu
Nə etsək də ayrılıq,hicran tək bizi buldu
Fələk oyun oynadı yaşlı qaldı gözümüz
Qəm-kədərə büründük heç gülmədi üzümüz.

Tarih 18 Ağu 2017 Kategori: Nazli Hacili

YOL GEDİRƏM

Hələ yol gedirəm ürəyimdə ah,
Mənzilə çatmağa çox var deyəsən.
Elə yol gedirəm sanki ay Allah,
Ana qucağına tələsirəm mən.

Tarih 5 Ağu 2017 Kategori: Nazli Hacili

OLARDI

Sən mənim dünyamda qala bilmədin,
Qalsan bu qalmağın minnət olardı.
Nə etsəm sən dürüst ola bilmədin,
Olsan dünya sənə cənnət olardı..

Tarih 5 Ağu 2017 Kategori: Nazli Hacili

ET

Vüsal gətir,həsrət gəlsə qovala,
Ümid doğsun sevgimizdə elə et.
Qəmi,dərdi süpür doldur çuvala,
Az nisgili sevdamıza şələ et.