ET..

Vüsal gətir,həsrət gəlsə qovala,
Ümid doğsun sevgimizdə elə et.
Qəmi,dərdi süpür doldur çuvala,
Az nisgili sevdamıza şələ et.
*
Razı olma fələk döysün qapımı,
Dil tap,sevsin mələk döysün qapımı,
Ələ vermə külək döysün qapımı,
Lütf eyləmə,dərdi şərə tələ et.
*
İsit eşqlə məhəbbətin ruhunu,
Dondur,solsun qəbahətin ruhunu,
Qaldır göyə şərafətin ruhunu,
İnsafını vicdanına lələ et.
*
Bağlandısa kədər yolun dön,açma,
Sevgin yoxsa günəş olsan sön,açma,
Tikan görsən uzaq dayan,yanaşma,
Yanaşmanın məlhəmini gülə et.
*
Qəlbim sevda dolandırır yanınca,
Haqlı sansın eli haqsız sanınca,
Nazlı çalış,qanmaza da qanınca,
Yaxşılığı əldən qoyma,hələ et..

Nazlı Hacılı
www.kafiye.net