OLARDI

Sən mənim dünyamda qala bilmədin,
Qalsan bu qalmağın minnət olardı.
Nə etsəm sən dürüst ola bilmədin,
Olsan dünya sənə cənnət olardı..
*
Yıxma günahını eşqin üstünə,
Durdun həm mənim,həm,eşqin qəsdinə,
Yaxşı ki uymadım sənin istinə,
Uysam həyat mənə zülmət olardı…
*
Heç nə üstün deyil şərəfli addan,
Səni çox qorudum qohumdan,yaddan,
Gər uzaq dursaydın fitnə-fəsaddan,
Məndə sənə qarşı hörmət olardı..
*
Yalanla qoydun sən eşqin təməlin,
Riyaymış,hiyləymiş işin,əməlin,
Əgər düz olsaydı əhdin,amalın,
Eşqimə azacıq qiymət olardı…
*
Hər gün yeni bir qız var qollarında,
Sevgi oyuncaqdır ta əllərində,
Doğru yürüsəydin eşq yollarında,
Bu eşq həyatına ziynət olardı…

Nazlı Hacılı.
27.07.2017.
www.kafiye.net