YOL GEDİRƏM

Hələ yol gedirəm ürəyimdə ah,
Mənzilə çatmağa çox var deyəsən.
Elə yol gedirəm sanki ay Allah,
Ana qucağına tələsirəm mən.
*
Bu yolda yolumu kəsən yox mənim,
Bir səbəb tapılmır məni ləngidə.
Elə bil vaxt-vədə kəsilib qənim,
Çıxmır yolum üstə Ərəbzəngi də.
*
Son nədir,hələ də sonu bilmirəm,
Çatdırır mənzilə anı ilində.
Bu yol hara gedir onu bilmirəm,
“Axirət “deyilir elin dilində.
*
Gah həlim,gah da ki qəzəbli olur,
Daim düşündürür ürək odamı.
Nifrət aparanda əzablı olur,
Rəhmət aparanda yormur adamı.

Nazlı Hacılı
www.kafiye.net