Mərdlərin İçindən

Mərdlərin içindən seçin namərdi,
Əsilsizdi,gedib elə qarışar.
Kökündən qurudun qaratikanı,
Baharda göyərıb,gülə qarışar.

Bədəsillər vurar eldə aranı,
Bayquşda adətdi sevər viranı,
Soldurar meşəni,fəslin xəzanı-
Alışıb qor olub,yelə qarışar.

Pünhanə,bağ bəlli olar barıynan,
Igidlər tanınar düz ilqarıynan,
Qala qurmaq olmaz dağın qarıynan,
Baharda əriyər,selə qarışar…..

Punhane Eliyeva
www.kafiye.net