SEN OLDUN

Sən oldun ömrümə bəla gətirən ,
Ömrümü mənasız sayan həsrətim.
Sevgimin bağında tikan bitirən,
Məni səhralarda qoyan həsrətim


Gəlişin başıma dənlər ələdi,
Ömür karvanımı yoldan eylədi.
Mənasız rəvayət, nağıl söylədi,
Dərdimi ellərə yayan həsrətim.

Pünhanə, vüsalın gəlib çıxacaq,
Eşqin sular kimi yenə axacaq.
Qəm-qüssən kənardan durub baxacaq,
Onda deyəcəksən diyan, həsrətim


Punhane Eliyeva

www.kafiye.net