Men İnsanam

Mən insanam, bir məsləki seçmişəm,
Mən illəri, fəsilləri keçmişəm,
Mən buludam, payz, qışı ağlaram,
Mən bulağam, gecə-gündüz çağlaram,
Fırtınayam, gərək ağac qoparam,
Qoparmasam kim bilər ki, mən varam.

 

Möhlət sızlatmasa məni tar kimi,
Habil ağlatmasa kamanda simi,
Olmasam Bəhmənin yazan qələmi,
Kamil qaboyunun olmasam bəmi,
Şəmşirin sazında coşub çağlaram,
Çağlamasam kim bilər ki, mən varam.

 

Əgər tarixlərə bir iz salmasam,
Şəhidlər qisasın bir gün almasam,
Pünhanəyəm, yurda layiq olmasam,
Körpələrə həzin layla çalmasam,
Yazdığımla sızladaram, ağlaram,
Ağlatmasam kim bilər ki, mən varam.

Pumhane Eliyeva
www.kafiye.net