şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Xudayar
Şikəstəsi
Alıb şəhadəti zirvədə durdun,
Cənnətdə özünə bir xeymə qurdun.
Sənlə fəxr eləylədi öz ana yurdun.
Xalqının dilində dastana döndün.
“Vətən” nəğməsiylə cahana döndün.
Xudayar, vətənin ey əziz oğlu,
Açdın gələcəyə igidlik yolu.
Olub misraların qanadı-qolu,
Şair ürəyində dastana döndün
“Vətən” nəğməsiylə cahana döndün
Nəğməsi olmusan xarı bülbülün,
Nəfəsi olmusan süsən-sünbülün.
Cənnət Qarabağda çiçəyin-gülün,
Ətirli şehində dastana döndün.
“Vətən” nəğməsiylə cahana döndün.
Qoşuldu səsinə bülbülün səsi,
Əritdi buzları isti nəfəsi.
O gün ki, oxudun vətən nəğməsi,
Dumanlar içində dastana döndün.
“Vətən” nəğməsiylə cahana döndün.
Müəllif.M.Duyğulu.
“Vətən daşı” kitabımdan.
www.kafiye.net
Yorum Yapın