Xudayar Şikəstəsi




Alıb şəhadəti zirvədə durdun,

Cənnətdə özünə bir xeymə qurdun.

Sənlə fəxr eləylədi öz ana yurdun.

Xalqının dilində dastana döndün.

“Vətən” nəğməsiylə cahana döndün.




Xudayar, v
ətənin ey əziz oğlu,

Açdın gələcəyə igidlik yolu.

Olub misraların qanadı-qolu,

Şair ürəyində dastana döndün

“Vətən” nəğməsiylə cahana döndün




N
əğməsi olmusan xarı bülbülün,

Nəfəsi olmusan süsən-sünbülün.

Cənnət Qarabağda çiçəyin-gülün,

Ətirli şehində dastana döndün.

“Vətən” nəğməsiylə cahana döndün.




Qoşuldu s
əsinə bülbülün səsi,

Əritdi buzları isti nəfəsi.

O gün ki, oxudun vətən nəğməsi,

Dumanlar içində dastana döndün.

“Vətən” nəğməsiylə cahana döndün.




əllif.M.Duyğulu.

“Vətən daşı” kitabımdan.

www.kafiye.net