şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Qonub budaqdan budağa
Hər ağaca, hər yarpağa,
Yalançı bir yaşıllığa,
Aşiq olub sən oxuma,
Oxuma bülbül oxuma.
Deyirsən yenəmi mən asi düşüm ,
deyirsən yenəmi batım günaha?
Lənəti yağdırım yenə taleyə
Buda xoş getməsin bu gün Allaha?
Yaman ağır olur yaman intizar.
Çəkdikcə insanın əyir qəddini.
Birdə baxırsan ki səndən xəbərsiz .
Keçibdir ən acı dərdin səddini.
Bu şəhərin qəribədir payızı.
Ağacları sarı paltar geyinmir.
Göy üzünü örtmür qara buludlar.
Ac qarğalar səs küy salıb deyinmir.
Bizi gözləməyin əsir analar.
Bizi gözləməyin əsir bacılar .
Sizdə gözləməyin əsir atalar.
Biz tutmadıq sözümüzü biləsiz ,
Çətin birdə azadlığı görəsiz
Alıb ürəyimi yenə qarşıma
Nə qədər nəsihət öyüd vermişəm.
Bitir bu çiləni yazıqsan deyib
Bu gün yenə xeyli tənbeh etmişəm.
Bir igidin ömrü keçib aradan.
Necə vardın sən elə də qalmısan.
Nə gözəldir sənin yerin qadası
Ürəyimin başında yer almısan .
Yenə səpələnib bax otağıma .
Sənə aid olan köhnə şəkillər.
Hər biri dil açıb danışır mənə.
Çoxunun dilində yenə gileylər.
Özümüzü sudan belə saf sayıb,
Dünya sənə yüklənmişik əzəldən.
Düz getməyib tərs olanda işimiz
Dünya sənə söz qoşmuşuq qəzəldən .
Bu gecə yenə də səni düşünüb,
Yenə də bu gecə səni anacam.
Yenədə həmdəmim mənim sənsizlik,
Yenə də bu gecə sənsiz olacam.