Yaman Ağır Olur

Yaman ağır olur yaman intizar.
Çəkdikcə insanın əyir qəddini.
Birdə baxırsan ki səndən xəbərsiz .
Keçibdir ən acı dərdin səddini.

Düyünə çevrilib düşür alnına
Üzün gülümsəyir qəlbin ağlayır.
Deyilən bir kəlmə xoş söz də belə
Qızmış dəmir kimi sinə dağlayır.

Görürsən başına qırov ələnib.
Səssiz yuva seçib kədər gözünü.
Qovmaq istəsən də dərdi başından.
Bilmirsən deyəsən necə sözünü.

Üzündə qırışlar artır gün bə gün.
Güzgüyə baxmaqdan elə bezirsən.
Kimsə duymasa da hərdən özünə
Bu da həyatdırmı axı deyirsən .

Ötür aram -aram fəsillər keçir .
Bilmirsən nə zaman yaşa dolmusan.
Onda düşünürsən elə ay adam
Dərdi çəkmək üçün sən doğulmusan.

Nahidə Tagıyeva Qurbanova 15.09.2019
www.kafiye.net