Bizi Gözlemeyin

Bizi gözləməyin əsir analar.
Bizi gözləməyin əsir bacılar .
Sizdə gözləməyin əsir atalar.
Biz tutmadıq sözümüzü biləsiz ,
Çətin birdə azadlığı görəsiz

Dilimiz gödəkdir üzümüz qara 
Başımız qarışıb eyş , işrət ,bara,
Yaman şirnikmişik, biz pula vara,
Sizi unutmuşuq sizdə biləsiz .
Çətin birdə bu diyara gələsiz.

Üz tutmuşuq sonu olmaz bir yola.
Namusu şərəfi satmışıq pula 
Çevrilmişik satın olan bir qula.
Bizdən sizə haray yoxdur biləsiz
Haqqınız var bizə nankor deyəsiz.

Göz dikməyin sizə gələn yollara.
Boylanmayın başı qarlı dağlara.
Dən düşübdür burda şəvə saçlara.
Dedim sizdə bizdən xəbər biləsiz.
Daha gecdir gözləmirik deyəsiz,

Nahidə Tagıyeva Qurbanova 27.08.2019
www.kafiye.net