Bu şehrin 

Bu şəhərin qəribədir payızı.
Ağacları sarı paltar geyinmir.
Göy üzünü örtmür qara buludlar.
Ac qarğalar səs küy salıb deyinmir.

Ağacların min bir rəngli yarpağı
Xalı salmır burda torpaq üstünə.
Sobalardan qalxıb ocaq tüstüsü
Duman kimi yayılmır gõy üzünə.

Durnanın da köçü gözə dəymir heç.
Köç başlamır isti olan ellərə
Ćox qəribə kećir burda fəsillər.
Heç bənzəmir bizim olan yerlərə.

Boz bulannıq olur elə havası.
Havasından gəlmir payız qoxusu.
Burda olan adamlar da elə bil.
Yad olurlar bir-birinə çoxusu.

Bu şəhərin qəribədir payızı.
Fəsillər də burda mənə yad gəlir.

Nahidə Tagıyeva Qurbanova 03.09.2019
www.kafiye.net