Kategoriler

Arşivler

Govhar Rustamova Kategoriler

Tarih 12 May 2019 Kategori: Govhar Rustamova

HESED (76).

Anasının narahat baxışlarını sezen Nübar gülümsedi:
-Burda ne var ki,ana?Rengin niye deyişdi?Kamile xanım seviyyeli qadındır,gözel insandır.
-Ona sözüm yoxdur,qızım.O,menim de çox xoşuma gelir.Esilzade,görmüş-götürmüş xanımdır.Sadece,-Refiqe udqundu,-ilk tanışlığımız yaxşı notlar üzerinde qurulmadı.Özümü onun qarşısında ele günahkar hesab edirem ki…sanki…

Tarih 11 May 2019 Kategori: Govhar Rustamova

XEYİRXAH VE XESİS KENDLİ

Kiçik bir kendde iki qonşu yaşayırdı.Biri dövletli,digeri ise kasıb.
Kasıb kendlinin üreyi geniş idi,hamıya yaxşılıq edirdi.Dövletli ise olduqca simic,harınlamış biri idi;yalnız özünü düşünürdü.Bir kimseye yaxşılıq etmezdi.Birine odun dogradar,digerine su daşıtdırar,özü ise heç kimin heç bir işine yaramazdı.
Günlerin birinde kasıb kendli komasının yaxınlığında civilti eşidir..Diqqet etdikde görür ki,bu , yaralı qaranquşdur.Qanadları zedelendiyinden desteden qalıb.

Tarih 5 May 2019 Kategori: Govhar Rustamova

Qartal xeyli ömür yaşamışdı.

Bu iller erzinde caynaqları ele kütleşmışdi ki,elde etdiyi ovdan evvelki kimi möhkem yapışa bilmirdi.Dimdiyi uzanıb ,qarşıya teref ele eyilmişdi ki,ona kömek etmek evezine,mane olmağa başlamışdı.
Lelekleri ele uzanıb,ele codlaşmışdı ki,ona ağırlıq edir,qametini büsbütün eyirdi.
Qartal bu halı ile çox yaşamayacağını derk edir,çıxış yolu axtarırdı.O,ya veziyyetle razılaşıb ölümünü gözlemeli,ya da…özünde

Tarih 27 Nis 2019 Kategori: Govhar Rustamova

Hesed (75).

-Ana,-Arzu astadan dillendi.
-Özüne haqq qazandırmağa çalışma qızım,-Zehra gözünü namelum nöqteden çekmeden cavab verdi,-men sene yaxşı beledem.Sehv addım atmazsan.Amma…-dönüb qızına baxdı,-sene teref atılan addımlara diqqetli ol.İnsanları tanımaq olmur.Dili bir,emeli başqa adamlar çoxdur.Beleleri heqiqeten de,saf,temiz,sade insanların inamından sui-istifade edirler,-sözüne ara verdi,-qaldı…senin o müdirine…ilk baxışdan pis adama oxşamır.Medenidir,nezaketlidir,böyük-kiçik yeri bilendir,ne deyim…her halda…

Tarih 27 Nis 2019 Kategori: Govhar Rustamova

HESED (74)

Arzu bir anlığa gözlerini yumdu.Sanki sehrine düşdüyü bu sirli alemde yalnız qalmaq isteyirdi.Bu an fikrinden,xeyalından neler keçmirdi…Gözlerini açıb aydın semaya,qayğısız uçuşan qağayılara baxdı,gülümsedi:”He,- düşündü,-bayaq men size hesed aparırdım,indi ise…siz menim seadetime şahidlik edin.”
Eline toxunan isti,nevazişli temasdan bir qeder duruxdu.

Tarih 16 Ara 2018 Kategori: Govhar Rustamova

HƏSƏD.  roman (72)

Arzu ona tuşlanan baxışlardan yaxa qurtarmaqdan ötrü keçib yerinə əyləşdi.
Hadisələrin gözlənilməz dönüşü onu elə çaşbaş salmışdı ki,diqqətini bir yerə cəmləyə bilmir,ara-sıra şöbənin qızlarına tərəf baxır,nələrisə anlamağa çalışırdı.Gecənin narahatlığı,yuxusuzluğu da öz işini görürdü.
Nahardan sonra Könüllə Çingizin söhbəti çox çəkmədi.Müdir işçisinin şöbəni tərketmə səbəbini də soruşmadı.Ərizəni alıb bir

Tarih 16 Ara 2018 Kategori: Govhar Rustamova

“Oğul”u götürün.

Tanınmış rəssam oğlu ilə bərabər iri bir malikanədə yaşayırdı.
Hər ikisi incəsənət vurğunu idi.Dünyanın ən tanınmış ölkələrini qarış-qarış gəzər,nadir rəsm əsərlərini əldə edərdilər.Malikanənin iri bir qonaq zalı vardı ki,başdan-başa şedevr əsərlərlə bəzənmişdi.Ən yaxın dostlarını,yaxınlarını qonaq dəvət edən rəssam bu rəsmləri onlara qürurla,sevə-sevə nümayiş etdirərdi.Qonaqlarsa əsərlərə heyranlıqla tamaşa edərdilər.

Tarih 16 Ara 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman (73).

Bəli,addımlayırdılar…Birinin ürəyi nə qədər sakit idisə,digərininki az qala sinəsini dəlib deşirdi.
Arzu ətrafında heç nəyə əhəmiyyət vermədən,fikirli halda irəliləyirdi.Fikrində qəti idi;bu gün bütün gizli məqamlar aşkarlanmalı,son qərar verilməli idi.Son qərar…o qərar ki,həyatını ya bu tərəfə döndərəcəkdi,ya o tərəfə…
Havanın mülayim olmasına baxmayaraq,vücudunda naməlum bir üşütmə,gizilti vardı.Hətta ara-sıra titrətməsini gizlətmək üçün

Tarih 21 Eki 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. Roman ( 71 )

Arzu gecəni çox narahat yatdı. Başında dolanan qeyri – müəyyən fikirlər, sonsuz sual – cavablar onu rahat buraxmırdı. Yatağında o tərəf – bu tərəfə çevrilir, vurnuxur, arabir köks ötürürdü.
Gözlərini yuman kimi xəyalında Çingizin surəti canlanırdı.Hündür boyu, şux qaməti, İtibaxışlı dərin , mənalı gözləri, əlləri ilə tez – tez sığal çəkdiyi , dəblə vurulmuş qalın qara saçları, üzünə xüsusi yaraşıq verən təbəssümü, özünəməxsus səs ahəngi, danışıq

Tarih 21 Eki 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. Roman(70)

Arzu yenidən üzünə süni təbəssüm verdi.Birlikdə mətbəxə keçdilər.Hər şey qabaqcadan hazırlanmışdı, təkcə onları masaya vermək lazım idi.
-Niyə bu qədər zəhmət çəkmisiniz?, – Arzu heyrətini gizlətmədi, – bir növ yemək olsaydı, bəs edəcəkdi.
-Heç bir zəhməti yoxdur, – Xavər qızı qucaqladı, – gör bizə kimlər gəlib!, – ətrafa baxdı, – əslində mənim bu evdə elə də çox işim