Kategoriler

Arşivler

Tamara Rustamova Tənha Bulud Kategoriler

Tarih 5 May 2019 Kategori: Tamara Rustamova Tənha Bulud

ON BİR AYIN SULTANI 

Gəldi şəhri- Ramazan öz büsatıyla yenə,
Allah nuru səpildi kainata ,aləmə.

Gəldi rəhmət günləri ,açdı iman gülləri,
Təqvadan bir tac qoydu başına möminlərin.

Tarih 3 May 2019 Kategori: Tamara Rustamova Tənha Bulud

Qəribəm dünyada

O gün ki dünyanın sakini oldum,
O gündən tənhayam bu dünyada mən.
Atasız-anasız bir yetim kimi 
Öyrəşə bilmirəm dosta-yada mən.

Tarih 24 Nis 2019 Kategori: Tamara Rustamova Tənha Bulud

YATIR ÜRƏYİMİN ALOVU

Büzüşüb könlümün uzaq küncündə
Yatır ürəyimin alovu, yatır.
Bürüyüb inadkar bir sükut məni,
Batır ,bu sükütdan qulağım batır.
Yatır, ürəyimin alovu yatır.

Tarih 24 Nis 2019 Kategori: Tamara Rustamova Tənha Bulud

Gülümsə…

Dik bax dərdlərin gözünə,
Şeytan düşsə də izinə.
Həyatın acı üzünə
Gülümsə,Tənha Bulud…

Tarih 24 Nis 2019 Kategori: Tamara Rustamova Tənha Bulud

Sən gecə

Sən gecə ,mən sənin köksündə hilal….
Bu zülmət gecəyə nur çiləyim ,gəl.
Ulduzlar səpilsin qoy naxış-naxış,
Sübhədək köksündə gecələyim gəl.

Tarih 28 Şub 2019 Kategori: Tamara Rustamova Tənha Bulud

QƏHRƏMAN XOCALI

Azərbaycan boğuldu göz yaşında
Ağaclar qan ilə suvarılan gün.
Yazıldı tarixin qan yaddaşında
Qəhrəman Xocalı şəhid olan gün.

Tarih 28 Şub 2019 Kategori: Tamara Rustamova Tənha Bulud

Yol olsam

Atıb çiynimdəki günah yükünü,
Allahın ipinə möhkəm sarılsam…
İlahi sevgidən alıb bəraət,
Rəbbimin bağışladığı qul olsam.

Tarih 9 Şub 2019 Kategori: Tamara Rustamova Tənha Bulud

BƏD DUA

Axtarasan izimi
Sorasan dosta ,yada.
Görməyəsən üzümü
Mən atlı.,sən piyada

Tarih 5 Şub 2019 Kategori: Tamara Rustamova Tənha Bulud

Qara qutu

Açılsa ömrümün qara qutusu,
Bəlkə xəcalətdən gizlənər fələk,
Sındırar bəxtimi yazan qələmi,
Əsdirər ömrümdən xəfif bir külək,

Tarih 26 Oca 2019 Kategori: Tamara Rustamova Tənha Bulud

Bilərsən

Qəlbin dolar, sıxıntıdan üzülər,
Həsrət çəmbərində min yol ölərsən.
Göz yaşların damla-damla süzülər,
Uşaq kimi ağlayanda bilərsən.!