şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
QƏHRƏMAN XOCALI
Azərbaycan boğuldu göz yaşında
Ağaclar qan ilə suvarılan gün.
Yazıldı tarixin qan yaddaşında
Qəhrəman Xocalı şəhid olan gün.
Girdi Xocalıya kafir ordusu,
Nə körpəyə baxdı ,nə də qocaya
Kafirdə nə gəzir Allah qorxusu?!
Göylər də yas tutdu bu ahu-vaya.
Qızıl güllər bitdi ağ qarın üstə,
Axdı türkün qanı töküldü, Allah!
Vətən torpağında axır nəfəsdə
Qırmızı lalələr əkildi,Allah!
Soyqırım edildi lap açıq-aşkar,
Susdu bütün dünya,lal kimi susdu.
Gözləri kor oldu, qulaqları kar,
Əzilən bir xalqın başından basdı.
Hanı Avropanın demokratları!
“Soyqırım” kəlməsi gəlmir dilinə?
Min cür məkr işlədib danır faktları,
Şərik olan yoxdu türkün qəminə.
Azərbaycan boğuldu göz yaşında
Ağaclar qan ilə suvarılan gün.
Yazıldı tarixin qan yaddaşında
Qəhrəman Xocalı şəhid olan gün
Tamara Rüstamova Tənha Bulud
www.kafiye.net
Yorum Yapın