“BƏD DUA” nın beləsini eşitmisiz?

Axtarasan izimi
Sorasan dosta ,yada.
Görməyəsən üzümü
Mən atlı.,sən piyada

Bircə.kəlmə sözümün
Həsrətini çəkəsən,
Sevgi dolu gözümün
Həsrətini çəkəsən.

Həsrət qalsın.nəfəsin
Saçlarımın.ətrinə,
Sızıldayan vicdanın
Hər gün dəysin xətrinə.

Həsrət çəkən gözlərin
Gözləməkdən yorulsun,
Bomboş qalan əllərin
Dizlərinə sarılsın..

Məhrum qalıb qayğıdan,
Susasan yetim kimi…
Belə olur ,ay adam,.
Ömrün yarpaq tökümü..

02.01.2019 Tamara Rustamova Tənha Bulud
www.kafiye.net