Bilərsən

Qəlbin dolar, sıxıntıdan üzülər,
Həsrət çəmbərində min yol ölərsən.
Göz yaşların damla-damla süzülər,
Uşaq kimi ağlayanda bilərsən.!
Mənsiz həyat nədir ,onda bilərsən.

Köksünə duman tək çökəcəm sənin,
Ahım taleyinə yazacaq qəmi.
Tarimar olacaq tale yelkənin,
Fırtınada qərq olanda bilərsən!
Mənsiz həyat nədir, onda bilərsən.

Təmənnasız eşq Göyündə uçurdun,
Səadəti əllərindən qaçırdın.
Bir quş kimi uzaqlara uçurdun…
Əllərin bomboş qalanda bilərsən,
Mənsiz həyat nədir, onda bilərsən

 

Tamara Rustamova Tənha Bulud 2017 
www.kafiye.net