Kategoriler

Arşivler

Solmaz ŞİRVANLI Kategoriler

Tarih 15 Nis 2019 Kategori: Solmaz ŞİRVANLI

Çiçək qoyardı!

Bir qızım olsaydı adını Dəniz,
Oğlumun adını Xəzər qoyardım,
Basardım bağrıma hər ikisini,
Öpüb əzizləyər,bəlkə doyardım!

Tarih 10 Nis 2019 Kategori: Solmaz ŞİRVANLI

QALDI

Candan can ayırram,can deyən olsa,
Can qurban verərdim mən deyən olsa,
İnsanın evini bilin nə yıxar,
Yüz min yeyənin yox,bir deyən olsa!

Tarih 9 Nis 2019 Kategori: Solmaz ŞİRVANLI

QƏZƏL

Yarım məni sevsən əgər,gəl dərdimə dərmanım ol,
Ya da öldür,xilas eylə,sən qətlimə fərmanım ol!

Qoyma böylə qəm içində,həsrətin odunda yanım,
Sevindir tək bir sözünlə,sevgi dolu ümmanım ol!

Tarih 11 Mar 2019 Kategori: Solmaz ŞİRVANLI

Anadır,ana!

Övladın bəzəyi,şahı-sultanı,
Belinin dirəyi anadır,ana!
Gəlin sağlığında qədrini bilək,
Döyünən ürəyı, anadır-ana!

Tarih 30 Oca 2019 Kategori: Solmaz ŞİRVANLI

Aydın sabaha!

Gəl böylə qəm çəkmə ey könül daha,
Uzaq ol qüssədən,bağlan Allaha,
Qadirdir,Sübhandır,O Xudam özü,
O səni çıxardar aydın sabaha!

Tarih 26 Oca 2019 Kategori: Solmaz ŞİRVANLI

Necə yazmayım???

Necə yazmayım??? Lalə yanağımda yaş izin salıb, Bayırda saxta var,qış izin salıb, Bəxtimə qaranlıq tuş izin salıb, Bu qara günümdən necə yazmayım? Nə qapımı açan,nə gələnim var, Nə halımı şoran,dərd bilənim var, Mənim bu halıma çox gülənim var, Haraydan,ünümdən necə yazmayım? Bir ömür qaranı geyib əynimə, Tənhalıq sözünü saldım beynimə, Allah, işim qalıb necə,neynimə, Bu […]

Tarih 26 Oca 2019 Kategori: Solmaz ŞİRVANLI

YENƏ

Gözlərimin yaş qarasın aparır,
Dərdlərimin son çarasın aparır,
Qaysaq tutan bax yarasın qoparır,
Qışın buz soyuğu üşüdür yenə!

Tarih 15 Ara 2018 Kategori: Solmaz ŞİRVANLI

Bu dünya!

Bu dünya sirr dolu,sehr doludur,
Kiminə arxadır,vuran qoludur,
Mənimçün röyadır, həsrət yoludur,
Sirri açılmamış sirdi bu dünya!

Tarih 18 Kas 2018 Kategori: Solmaz ŞİRVANLI

Sevgi şeri yazmayacam!

Dostlar sizə bir söz deyim,
Sevgi şeri yazmayacam!
Sevgi sözün ucuz tutub,
Ona məzar qazmayacam!

Tarih 16 Eki 2018 Kategori: Solmaz ŞİRVANLI

Bu yollar məni!

Alıb qanadına aparır yenə,
Acılı,şirinli xəyallar məni,
Qəlbimdə tufanlar qoparır yenə,
Giriftar eyləyir bu hallar məni!