QƏZƏL

Yarım məni sevsən əgər,gəl dərdimə dərmanım ol,
Ya da öldür,xilas eylə,sən qətlimə fərmanım ol!

Qoyma böylə qəm içində,həsrətin odunda yanım,
Sevindir tək bir sözünlə,sevgi dolu ümmanım ol!

Eşqində Züleyxa təki mən,bilsən ki,nələr çəkirəm,
Gəlsənə yar al canımı,ya Yusifi Kənanım ol!

Gecə-gündüz fəraqında,həsrətinlə can verirəm,
Gəl ki,ey şux, gözlərimdən,çay tək axan giryanım ol!

Ağlar görüb bu Solmazı,bəlkə halına gülən var,
Gəl sil gözündə yaşını,candan əziz cananım ol!

Solmaz Şirvanlı
09-04-2019
www.kafiye.net