YENƏ.

Gözlərimin yaş qarasın aparır,
Dərdlərimin son çarasın aparır,
Qaysaq tutan bax yarasın qoparır,
Qışın buz soyuğu üşüdür yenə!

Kədər sirdaş olub aralanmayır,
Tay-tuşum cərgədə sıralanmayır,
Çoxu cavan gedir “ura”lanmayır,
Bu ömür daşları daşıdır yenə!

Küsmüşəm özümdən,sağdan-solumdan,
Nadanlar-namərdlər çıxmır yolumdan,
Varımı yeyənlər tutmur qolumdan,
Gözümü yandıran yaşıdır yenə!

Borcluyam bir təkcə öz Allahıma,
Üzümə açdığı nur sabahıma,
Namərdlik eyləyən bir gün ahıma,
Düşəndə deməyin naşıdır yenə!

Açılıb sabahım çox şükür Allah,
Hər zaman bir sənə eylədim pənah,
Namərdin cəzasın ver sən bu sabah,
Çatılan Solmazın qaşıdır yenə!
Göynəyən bağrının başıdır yenə!


Solmaz Şirvanlı
26-01-2019
www.kafiye.net