Çiçək qoyardı!

Bir qızım olsaydı adını Dəniz,
Oğlumun adını Xəzər qoyardım,
Basardım bağrıma hər ikisini,
Öpüb əzizləyər,bəlkə doyardım!
*
Gəzdirər dağların gədiklərini,
Nagıltək söylərdim bildiklərimi,
Açıb darayardım hörüklərini,
Bəlkə gündə min yol saçın yuyardım!
*
Qoymazdım toxuna ayağına daş,
Hər qədəm qoyanda mən qoyardım baş,
Düzərdim boynuna mirvari, daş-qaş,
Pis nəfis salanın gözün oyardım!
*
Bir Ana sözünə min” Can” deyərdim,
Olmazdı kədərim,nə də ki,dərdim,
Onların yolunda qurban gedərdim,
Bircə həniriylə onu duyardım!
*
Hər kəs ozüyçünmüş,qohum həm də yad,
Bir övlad dərdindən olmuşam boyad,
Dilimdə nalə var,qəlbimdə fəryad,
Olsaydı onlara canı qıyardım!
*
Solmazam, ömrümü vuranda başa,
Övladım olaydı duraydi qoşa,
Aglayib-sizlayıb,verib baş-başa,
Getmə anam deyib, ürək oyardı,
Məzarım üstünə çiçək qoyardı!

13-04-2018
Solmaz Şirvanlı