Kategoriler

Arşivler

Nahidə Tağıyeva Kategoriler

Tarih 6 Oca 2018 Kategori: Nahidə Tağıyeva

Gedəcəm

Gedəcəm başımı alıb buradan.
Ruhun gedişimi duymayacaqdır.
Məni soruşsan da dost ya tanışdan.
Məndən bir xəbərin olmayacaqdır.

Tarih 6 Oca 2018 Kategori: Nahidə Tağıyeva

Saçlarım Sığalın

Saçlarım sığalın səndən istədi.
Gəldim məzarının önünə Ana
Açdım saçlarımı əlin dəymədi.
Yoldu saçlarımı öz əlim Ana.

Tarih 12 Ara 2017 Kategori: Nahidə Tağıyeva

Dəfn edək

Dəfn edək, ikimiz gəl bu sevgini.
Qəlbimiz sevginin məzarı olsun.
Yarımçıq arzular,bir sinə daşı.
Ümid sevgimizə baş daşı olsun.

Tarih 11 Ara 2017 Kategori: Nahidə Tağıyeva

Tufan Qopa

Tufan qopa bulud gələ qar yağa.
Çəkiləsən evinin bir küncünə.
Soba yana yavaş -yavaş səs sala.
Baş qoyasan ananın diz üstünə.

Tarih 11 Ara 2017 Kategori: Nahidə Tağıyeva

Əsən Yellər

Əsən yellər harayımı aparıb,
Qəriblikdə olan yara yetirin.
Bəyazlanmış saçlarımın ətrini,
Qərib düşmüş bivəfaya yetirin.

Tarih 11 Ara 2017 Kategori: Nahidə Tağıyeva

Yol gedirəm

Sübh erkən .
addım-addım yola düşüb yol gedirəm .
Küçədəki izdihama qarışmaq çün tələsirəm….
Yetişdimmi!!! .

Tarih 5 Ara 2017 Kategori: Nahidə Tağıyeva

SÜZDÜRÜP

Süzdürüb qaş gözünü, arvad düz sağdan sola.
Əsəbindən az qaldı, dartıb saçını yola.

Çəpəki, nəzər saldı yenə oturan ərə.
Az qaldı əsəbindən yıxıla gələ yerə

Tarih 5 Ara 2017 Kategori: Nahidə Tağıyeva

Ad günü

Bu gün sənin ad günündür.
Onu sənsiz qeyd edirəm.
Gör neşə ildir bu günü
Özüm çün bayram bilirəm.

Tarih 28 Kas 2017 Kategori: Nahidə Tağıyeva

GECE OLAR

Gecə olar birdən qapın döyülər.
Həsrətin çəkdiyin gələr qapına.
Sevincdən ayağın yerdən üzülər
Titrəyən əllərin qapını açar

Tarih 28 Kas 2017 Kategori: Nahidə Tağıyeva

Kim nə deyir qoy desin

Kim nə deyir qoy desin.
Gəl fələkdən gün çalaq.
Çox demirəm birçə gün,
Özümüz çün yaşayaq.