Kim nə deyir qoy desin

Kim nə deyir qoy desin.
Gəl fələkdən gün çalaq.
Çox demirəm birçə gün,
Özümüz çün yaşayaq.

Fələkdən bir gün çalaq. 
Göy otların üstündə.
Ayaq yalın baş açıq,
Əl-ələ tutub qaçaq,

Ağzı göyçəklər onsuz
Söz düzüb qoşacaqlar.
Oldu-olmadı belə,
Yalan danışacaqlar.

Saçlarıma sığal çək
Yenə əvvəlki kimi
Barmaqların darasın ,
Saçımı daraq kimi.

Yenə güldən çiçəkdən
Saçlarıma çələng hör
Yenə taxım başıma
Ağlayım hönkür –hönkür.

Sil gözümün yaşını
Sil, yenə əllərinlə.
Başım yenə əyilsin
Dayaq olsun çiyninə.

Günəş batan zamanda
Dönək yenə geriyə.
Addım-addım yeriyib 
Gedək yenə evimizə

Yenə günahkar olaq.
Yenə suçumuz olsun.
Eybi yoxdur bircə gün,
Bizə çalınmış olsun.

Nahidə Tağıyeva Quranova
27.11.2016
www.kafiye.net