Ad günü


Bu gün sənin ad günündür.
Onu sənsiz qeyd edirəm.
Gör neşə ildir bu günü
Özüm çün bayram bilirəm.
Süfrə açıram adına.
Toxunuram yanağına.
Pıçıldayıb qulağına
Uzun ömür diləyirəm. 
Süfrəmin əziz qonağı
Yenə xəyalın olacaq.
Bu gün də badə şəninə
Sağlıq demək çün dolacaq.

Bu gün sənin ad günündür
Onu sənsiz qeyd edirəm .
Neçə ildir mən bu günü.
Əziz bir bayram bilirəm
Olsan məndən sən uzaq da
Ad günün çün sevinirəm.
Duymasan da bu gün məni
Sənə əzizim deyirəm.
Dua edirəm allaha 
Nə yaxşı ki doğulmusan.
Qəlbimdə yurd salan insan 
Nə yaxşı ki var olmusan.

Bu gün sənin ad günündür.
Sənsiz onu qeyd edirəm.
Şam üfürüb sənin üçün
Arzularımı deyirəm.
Heç bitmir ki bu arzular
Bu diləklər.
Heç vaxt qəbul olmayacaq 
Bu niyyətlər.
Amma yenə mən deyirəm.
Qoy olmasın eybi yoxdur
Baş tutmasın arzularım 
diləklərim.
Nə olsun ki çox uzaqsan
Bu gün mənə sən qonaqsan.
Süfrəm sənin adınadır
Sevdiyin bütün nemətlər
Hər birisi yadımdadır.

Bu gün sənin ad günündür.
Onu sənsiz qeyd edirəm
Yaş üstünə bir yaş gəldi.
Mən səni təbrik edirəm.

Nahide Tagiyeva Qurbanova
www.kafiye.net